RU

Bu ölkə 2028 ci ilə qədər paytaxtını köçürəcək 32 milyard xərclənəcək

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

İndoneziya Baş Qərargah rəisi Məhəmməd Kodarinin sözlərinə görə, ölkə hökuməti paytaxtın Cakartadan Nusantaraya köçürülməsini 2028-ci ilə qədər başa çatdırmağı gözləyir.

Qaynarinfo xəbər verir ki, Nusantaranı siyasi paytaxt kimi tam uyğunlaşdırmaq üçün səlahiyyətlilər şəhərdə İndoneziyanın qanunvericilik və məhkəmə institutlarını yerləşdirəcək binalar kompleksləri inşa edirlər. 

"Əgər qanunvericilik və məhkəmə orqanları olmayan yalnız prezident sarayı varsa, hökumət necə səmərəli fəaliyyət göstərə bilər?", deyə "Jakarta Globe" nəşri Kodariyə istinadən yazıb.

Paytaxtın köçürülməsi ideyası İndoneziyanın keçmiş prezidenti Coko Vidododan gəlib. Şəhərin tikintisinin əvvəlcə 2024-cü ilə qədər başa çatdırılması planlaşdırılırdı, lakin koronavirus pandemiyası layihəni təxirə salıb. Həmin il prezidentliyə başlayan Prabovo Subianto Nusantaranın tikintisini davam etdirməyə hazır olduğunu bildirib.

Paytaxtın Cakartadan köçürülməsi kritik izdihamla bağlıdır - orada əhalinin sıxlığı hər kvadrat kilometrə 15,700 nəfərdən çoxdur. Yeni paytaxtın tikintisinin 32 milyard dollardan çox olacağı təxmin edilir.

Qeyd edək ki, İndoneziyanın 282 milyondan çox əhalisi var və bu göstərici üzrə dünyada dördüncü ölkədir (İlk üçlükdə Hindistan, Çin və ABŞ qərarlaşıb). Paytaxt Cakartada 12 milyondan çox insan yaşayır. 

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
qaynarinfo.az

2Источники