RU

Ukrayna millisinin futbolçusu: “Azərbaycan yığmasına 2 ci qolu vurmağa vaxt çatmadı”

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

"Kifayət qədər şanslarımız oldu, 1:0 qalib gəlirdik. Rəqibin bir əks-hücumü, əllə oyun və penalti epizodu. Bizim bəxtimiz gətirmədi. Hakim penalti təyin etdi, ikinci qolu vurmağa vaxtımız çatmadı".

İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, bunu Ukrayna millisinin futbolçusu Georgi Sudakov Bakıda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə haqda deyib.

23 yaşlı yarımmüdafiəçi matçı təhlil etməyin çətin olduğunu söyləyib: "Üstün tərəf biz idik, qol şanslarımız az deyildi, amma bunlardan istifadə edə bilmədik. Nə deyəcəyimi bilmirəm. İndi oyunu təhlil etmək çox çətindir".

Qeyd edək ki, Georgi Sudakov Ukrayna seçməsinin yeganə qolunun müəllifidir. O, 51-ci dəqiqədə adını tabloya yazdırıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
3
icma.az

4Источники