RU

Azərbaycanın şaftalı ixracı 7 ayda 65,7 milyon dollara çatıb

ain.az bildirir, Metbuat portalına istinadən.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 65,7 milyon ABŞ dolları dəyərində 54 min 277 ton şaftalı (nektarin daxil olmaqla) ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 72 %, kəmiyyət olaraq – 76 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 60,93 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 % çox) 50 min 282 ton (+65 %), Ukraynaya 2,4 milyon ABŞ dolları dəyərində 2 min 327 ton (1 il əvvəl tədarük olmayıb), Belarusa 1,72 milyon ABŞ dolları dəyərində (+37dəfə) 963 ton (+25 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 245 min ABŞ dolları dəyərində (+83%) 180,4 ton (+86 %), Qazaxıstana 165,4 minABŞ dolları dəyərində (+65 %) 246,2 ton (+47%) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniyaya (39,52 min ABŞ dolları dəyərində 35,46 ton), Latviyaya (23,67 min ABŞ dolları dəyərində 19,2 ton) və Honkonqa (11,81 min ABŞ dolları dəyərində 1,34 ton) tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 56 404ton şaftalının 97 %-i Rusiyanın payına düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
37
4
metbuat.az

5Источники