RU

ABŞ yeni gizli PUA layihəsinə başlayıb

Amerikanın Lockheed Martin müdafiə konserninə daxil olan Skunk Works şirkəti beşinci nəsil F-35 döyüş təyyarələrinin birləşmələrində qanad köməkçisi kimi xidmət edə biləcək Vectis gizli pilotsuz uçan aparatının hazırlanmasına başlayıb.

Herbiand.az bildirir ki, yeni dron MQ-9 “Reaper” və MQ-4C “Triton”-a bənzər ağır yük daşıyan drondur.

Vectis-in dəqiq zərbələr, elektron müharibə, müşahidə və kəşfiyyat missiyalarını yerinə yetirmək qabiliyyətinə malik olması planlaşdırılır.

Dronun maksimum sürəti və mühərriki ilə bağlı təfərrüatlar açıqlanmasa da, müxtəlif sensorlar və proqram təminatının asanlıqla quraşdırılmasına imkan verəcək açıq arxitekturaya sahib olacağı bildirilir.

Ehtimal olunur ki, Vectis ilk uçuşunu 2027-ci ilin sonuna kimi edəcək.

Bəxtiyar CƏFƏRLİ

Избранный
1
herbiand.az

1Источники