RU

Təyyarənin təkərində Kabildən Dehliyə uçdu - İNANILMAZ OLAY

Əfqanıstanlı yeniyetmə sərnişin təyyarəsinin şassi bölməsində gizlənərək Kabildən Dehliyə kimi gəlib çıxıb.

Sentyabrın 21-i səhər saatlarında 13 yaşlı oğlan “KAM Air” aviaşirkətinə məxsus təyyarənin arxa mərkəzi şassi bölməsinə girib. O, 94 dəqiqəlik bütün uçuşu həmin bölmədə keçirib.

Dehli hava limanının yer xidmətləri onu uçuş zolağında gəzərkən görüblər. Yeniyetmə bildirib ki, bu addımı “sadəcə maraqdan” atıb və əslində Tehrana uçmaq istəyirmiş. Lakin təyyarəni səhv salıb.

Sonradan o, eyni reyslə Kabula geri göndərilib.

 

(Lent.az)

Избранный
9
1
moderator.az

2Источники