Danimarka Baş Naziri Mette Frederiksen Kopenhagen hava limanında pilotsuz təyyarələrin (BPL) aşkarlanması nəticəsində yaranan vəziyyəti ölkənin kritik infrastrukturuna edilən ən ciddi hücum adlandırıb. Olaylar.az xəbər verir ki, TV 2 telekanalına verdiyi açıqlamada Baş Nazir bildirib: "Dünən axşam gördüyümüz hadisə Danimarkanın kritik infrastrukturasına bu günə qədər edilmiş ən ciddi hücumdur. Kim tərəfindən edildiyi barədə heç bir ehtimalı istisna etmirik." Əvvəlcə Kopenhagen hava limanının dispetçer xidməti aeroportun müvəqqəti bağlandığını TASS-a bildirib. Daha sonra Reuters agentliyi Danimarka polisinin məlumatına istinadən aeroportun fəaliyyətini bərpa etdiyini açıqlayıb. BPL aşkarlanması səbəbindən ən azı 31 reysin yönləndirildiyi bildirilir. Danimarka polisi hələ ki, pilotsuz təyyarələrin kim tərəfindən idarə olunduğunu müəyyən edə bilməyib. Hüquq-mühafizə orqanları Norveçdə baş verən oxşar insidentlə mümkün əlaqəni araşdırır. Oslo hava limanı da BPL aşkarlanması səbəbindən üç saatdan çox fəaliyyətini dayandırmışdı.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31