RU

Həbsdəki jurnalist qapalı həbsxanaya köçürülüb

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Penitensiar Xidmətinin 2 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Arzu Məmmədov qapalı həbsxanaya köçürülüb. 

Bu barədə Gununsesi.info-ya adıçəkilən jurnalistin atası Sayad Məmmədov deyib.

Onun sözlərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilən oğlu əvvəlcə 10 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürülsə də sonradan müəmmalı səbəbdən onu 2 Saylı Cəzaçəkmə Müəssisinə köçürüblər.

Sayad Məmmədovun sözlərinə görə, dünən vəkil Zibeyda Sadıqova 2 Saylı Cəzaçəkmə Müəssisinə getsə də Arzu Məmmədovun orada olmadığının şahidi olub: “Vəkilə bildiriblər ki, Arzu burada yoxdur”.

Vəkil Zibeydə Sadıqova isə saytımıza açıqlamasında Azru Məmmədovun qapalı həbsxanaya köçürüldüyü təsdiqləyib.

O, bildirib ki, jurnalistlə görüşmək üçün adıçəkilən həbsxanaya gedəcək: “Arzunu rejim qaydalarını pozmaqda günahlandırırlar. Mən onun üzləşdiyi durumla bağlı Ombudsmana müraciət etmişəm. Ombudsman da öz növbəsində Penitensiar Xidmətin rəisinə yazıb”. 

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
icma.az

1Источники