RU

Rusiya gömrükçüləri dronların qanunsuz idxalını dayandırıb

Samara gömrükçüləri Qazaxıstandan gələn avtonəqliyyat vasitəsinə baxış keçirərkən 34 ədəd sökülmüş pilotsuz uçuş aparatı aşkar edərək saxlayıblar.

Herbiand.az Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, pilotsuz təyyarələr üçün lazım olan sənədlər olmayıb.

Gömrük əməkdaşları nəqliyyat vasitəsinə baxış zamanı real vaxt rejimində təsvirin ötürülməsi üçün kameralarla təchiz edilmiş, sökülmüş FPV pilotsuz uçan aparatları və iki “Açar-fortuna” FPV qanadları aşkar ediblər. Qurğulardan ikisi 5 kq-a qədər yük daşımaq üçün nəzərdə tutulmuş sabit qanadlı PUA, digəri isə kəşfiyyat xarakterli PUA-dır. Hissələr yüklərin düşməsi üçün nəzərdə tutulmuş 32 kiçik ölçülü təyyarənin yığılması üçün istifadə edilə bilər. Daşınan əşyalar saxlanılıb, zəruri ekspertizalar təyin edilib.

Federal Gömrük Xidmətinin mətbuat xidməti əlavə edib ki, yükün üzərində PUA-lar barədə məlumat verilməyib: “Yükü müşayiət edən şəxs dronları şəxsi video çəkilişi üçün daşıdığını söyləyib. Lakin belə miqdarda pilotsuz təyyarələr şəxsi məqsədlər üçün istifadə edilə bilməz və vətəndaşların təhlükəsizliyi, sağlamlığı üçün potensial təhlükə yaradır”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
8
herbiand.az

1Источники