
“ITMF-nin Azərbaycanda ilk seminarını təşkil etmək bizim üçün həm qürurverici, həm də strateji əhəmiyyət daşıyan hadisədir. Bu tədbir beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, qlobal tərəfdaşlıqların qurulması və sənayemizin gələcəyinin formalaşdırılması baxımından unikal fürsətdir.” Seminarda ITMF-in Baş Direktoru Dr. Kristian Şindler “Qlobal Tekstil Trendləri: Qanunvericilik, İzləniləbilənlik və Dayanıqlılıq” mövzusunda çıxış edəcək. Bununla yanaşı, beynəlxalq qurumların, dövlət orqanlarının və sənaye liderlərinin iştirakı ilə strateji dialoq və əməkdaşlıq üçün unikal platforma yaradılacaq. Azərbaycan tekstil sənayesinin gələcəyində rol oynamaq istəyən bütün sahibkarları, investorları və sənaye nümayəndələrini bu yüksək səviyyəli biznes yönümlü tədbirin bir hissəsi olmağa dəvət edirik. Qeydiyyat linki: https://textile.az/itmf-azerbaycan-tekstil-assosiasiyasi-seminari-2025/ Tarix: 7 oktyabr 2025-ci il, saat 09:00 - 17:30
Məkan: Hyatt Regency Hotel, Bakı, Azərbaycan
Reklam hüququnda