RU

Pakistan Dəməşqlə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bəyan etdi

Pakistan xarici işlər naziri İshaq Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriya Prezidenti əl-Şaraa ilə görüş keçirib. Görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, nazir İshaq Dar “X” hesabında paylaşım edərək bildirib: “Pakistanın Suriya xalqı ilə həmrəyliyini bir daha təsdiqlədik və tarixi Pakistan–Suriya dostluğunu daha da gücləndirmək əzmimizi ifadə etdik. Bu əməkdaşlığı ticarət, insan kapitalı və inkişaf sahələri də daxil olmaqla müxtəlif istiqamətlərdə dərinləşdirməyə qərarlıyıq”.

Qeyd edək ki, Pakistan və Suriya uzun illərdir siyasi əlaqələr saxlayır və İslamabadda iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr getdiyi vurğulanır.

Musavat.com

Избранный
14
1
musavat.com

2Источники