RU

Paşinyan yeni Konstitusiya islahatı həyata keçirəcək

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan üçün növbəti 5 ildə ən mühüm islahatlardan biri yeni Konstitusiyanın qəbul edilməsidir.

"Unikal" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Demokratiya Uğrunda Erməni Forumunda panel müzakirəsi zamanı deyib. 

Onun sözlərinə görə, əsas problem məhkəmə sistemi ilə xalq arasında üzvi əlaqənin olmamasıdır: "Bugünkü Ermənistan Konstitusiyası və hüquq sistemi xalqımıza Sovet İttifaqının, ondan əvvəl Rusiya İmperiyasının, ondan əvvəl Osmanlı İmperiyasının, ondan da əvvəl Fars İmperiyasının tətbiq etdiyi gündəm qədər nifrət doğurur".

Paşinyan həmçinin qeyd edib ki, hazırkı Konstitusiya heç vaxt referendumda xalq tərəfindən 50 faizdən çox dəstək almayıb: "Xalq Ermənistanda qurulmuş hüquq sistemini özününkü hesab etmir". 

Ağarza Elçinoğlu 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
unikal.az

2Источники