RU

"Real Madrid" Uilyam Salibanın transferində maraqlıdır

"Arsenal"ın mərkəz müdafiəçisi Uilyam Saliba İspaniya nəhəngi "Real Madrid"in hədəfinə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.

Mənbə bildirir ki, Madrid klubunun nümayəndələri 24 yaşlı fransız futbolçunu bu yaxınlarda Premyer Liqada "Mançester Siti" ilə oyunda (1:1) izləyiblər.

Saliba "Arsenal"a 2019-cu ilin yayında transfer olunub. Onun London klubu ilə müqaviləsi 2026/2027 mövsümünün sonunda başa çatır. Müdafiəçinin bazar dəyəri isə təxminən 80 milyon avro qiymətləndirilir.

Избранный
22
1
operativmm.az

2Источники