RU

BNMİ-dən əməliyyat: 30 kq narkotik aşkarlanıb - VİDEO

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Aktual.az DİN-ə istinadən xəbər verir ki, Qaradağ və Cəlilabad rayonlarında keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən İlkin Səyidli və Cavidan Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 30 kiloqram 590 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

İ.Səyidli və C.Həsənzadənin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotik vasitələri təyin edilən ünvanlardan götürdükləri və satış məqsədi ilə razılaşdırılan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub. Həmçinin C.Həsənzadə diqqətdən yayınmaq və yük avtomobili sürücüsü görüntüsü yaratmaq məqsədi ilə məhz idarə etdiyi iritonnajlı nəqliyyat vasitəsində narkotiklərin daşınmasını təşkil edib.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Избранный
8
33
ulusum.az

10Источники