RU

BMT rəsmisi: Ermənistanda Cənubi Qafqazın ən pis hava keyfiyyəti müşahidə olunur – ÖZƏL

Ermənistanın paytaxtı İrəvanda havanın keyfiyyəti Cənubi Qafqazda ən aşağı səviyyədədir. 

Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin Ermənistandakı daimi koordinatoru Fransuaza Jakob 23 sentyabrda keçirilən "Bank sisteminin gələcəyi: innovasiyalar və inkişaf perspektivləri" forumunda bildirib.

Onun sözlərinə görə, bu vəziyyət ölkənin cəlbediciliyinə mənfi təsir göstərir. Jakob həmçinin Ermənistanda torpaqların sürətli səhralaşması, kənd təsərrüfatı, tikinti və mədən sənayesinin çayların çirklənməsinə səbəb olduğunu vurğulayıb. O qeyd edib ki, ekoloji sahəyə Ermənistanda ÜDM-in cəmi 0,6%-i xərclənir.

Bununla yanaşı, Jakob Ermənistanın sülh gündəliyində irəliləyiş əldə etdiyini, bunun isə "yaşıl iqtisadiyyatın" inkişafı üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bank sektoru davamlı inkişafın maliyyələşdirilməsində mühüm rol oynaya bilər və Ermənistan bankları meşələrin bərpası da daxil olmaqla yaşıl layihələrə töhfə verə bilər.

Jakob əlavə edib ki, COP17 konfransına hazırlıq çərçivəsində Ermənistan biomüxtəlifliyin qorunması üzrə öhdəliklərinə sadiqliyini nümayiş etdirməlidir. O xatırladıb ki, konfrans bu sahədə qlobal maliyyələşməni 200 milyard dollar artırmağı hədəfləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
olaylar.az

1Источники