RU

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsininəməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərəkictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkətiştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

Trend-in xəbərinə görə, rayon sakini Nihat Babayevidarə etdiyi “Tofaş” markalı avtomobillə intizamsızlıq edərək yolhərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıqhərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraqbaxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N.Babayev sürücülük hüququ 2 il müddətindəməhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbsedilib.

Məqalədə:
Избранный
16
23
az.trend.az

10Источники