RU

Gəncədə küçə və prospektlərin əsaslı təmiri yekunlaşır

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Gəncə şəhərinin daxili yollarının əsaslı təmirini yekunlaşdırmaq üzrədir.Metbuat.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, təmir olunan küçə və prospektlərin ümumi sahəsi 1 milyon kvadratmetrdən çoxdur.

Ümumilikdə 76 küçə və prospektdə təmir işləri aparılır. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyü sökülüb, zəruri sahələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb və optimal qırmadaş, qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilib. Bu mərhələlərin tamamlandığı küçələrdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur və bu işlər artıq yekunlaşmaq üzrədir.

Eyni zamanda, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, yeni səkilər inşa edilib və kənarlarına səki daşları düzülüb.

"İnşaat Norma və Qaydaları"na uyğun olaraq, təmir olunan ərazilər boyunca yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqları layihə hündürlüyünə qaldırılıb və yenilənib. Bununla da müasir yol infrastrukturu formalaşdırılır.

Gəncədə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində həyata keçirilən təmir-tikinti işləri, vətəndaşların təhlükəsiz və komfortlu hərəkətini təmin edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
8
metbuat.az

9Источники