RU

Çindən olan müəssisələr Azərbaycana investisiya qoyuluşunda maraqlıdır

Bakı. Trend:

Çinin 12 vilayətindən olan 20 müəssisə Azərbaycana investisiyayatırmaqda maraqlıdır.

Trend xəbər verirki, bunu Çinin ölkə xaricində müəssiələrin inkişafı üzrəassosasiyanın baş katibi Xe Çjenvey Bakıda keçirilən I AzərbaycanBeynəlxalq İnvestisiya Forumunda çıxışında deib.

“Bu foruma mənimlə Çində 20 müəssəsisənin nümayəndəsi gəlib,onların az qala hamısı özəl şirkətlərdir. Onlar həmçininAzərbaycana investisiyalarda maraqlıdırlar. İnvestisiya forumununməhz Azərbaycanda keçirilməsini son dərəcə vacib hesab edirəm – budialoq üçün əla meydançadır. Biz iştirakçıların müxtəlif ölkələrdəngəldiyini görürük – Çinlə yanaşı, Avropadan gələnlər də var. Sözsüzki, bu xarici investisiyaların cəlb olunması üçün vacibtədbirdir”,- deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan Çindən gələn investisiyalaraxüsusi diqqət yetirməlidir. Hazırda diqqət neft sektorundan digəristehsal sahələrinə yönəlir ki, bu da ölkə üçün xüsusiləəhəmiyyətlidir. Prioritetlər sırasında Xəzər nəqliyyat daşımaları,həmçinin “yaşıl” energetikanın inkişafı dayanır.

Məqalədə:
Избранный
12
az.trend.az

1Источники