RU

Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır"."Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı (AIIF 2025) çıxışında deyib.Onun sözlərinə görə, uğur qazanmaq üçün çox çalışmaq lazımdı:

"Məncə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır. Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayıram. Bəzən onların bundan xoşu gəlmir. Öz futbolçu olduğum illər yadıma düşür və çalışıram onları anlayaraq çox çalışmağı onlara aşılayım".

Baş məşqçi əlavə edib ki, "Qarabağ"ın qalibiyyəti həm də xalqı sevindirir:

"2009-cu ildə Avqoliqada qalib olduğumuz gün Ağdamın işğalı gününə təsadüf etmişdi. Həmin gün qalib olmağımız bizi çox sevindirdi. O çempionluq bizim üçün çox keyfiyyətli idi".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
15
icma.az

10Источники