RU

“Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) iştirak edib.

İdmanxeber.az xəbər verir ki, tədbirdə çıxış edən 53 yaşlı mütəxəssis bildirib ki, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır:

“Məncə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır. Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayıram. Bəzən onların bundan xoşu gəlmir. Futbolçu olduğum illər yadıma düşür və çalışıram, uşaqları anlayaraq onlara çox çalışmağı aşılayım”.

Избранный
17
15
idmanxeber.az

10Источники