UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Napoli"də yeni müqavilə imzalanıb.
Operativ Media xəbər verir ki, son İtaliya çempionu Matteo Politanonun sözləşməsinin müddətini uzadıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya millisinin üzvü 2028-ci ilin yayına kimi A Seriyası klubuna məxsus olacaq.
"Napoli" Matteo Politano 2021-ci ilin yayında "İnter"dən transfer edib. 32 yaşlı vinger bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasında "Napoli" ilə oyunu noyabrın 26-da İitaliyada baş tutacaq.