RU

Baş nazirin müavini Ali Şuranın yeni katibi ilə də görüşdü - FOTO

İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən verilən məlumata görə, Şahin Mustafayev Ali Şuranın yeni katibini təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin, o cümlədən Azərbaycanla İran arasında həyata keçirilən Araz dəhlizinin, eləcə də digər müştərək layihələrin əhəmiyyəti vurğulanıb.

"Cebheinfo.az" 

Избранный
25
14
cebheinfo.az

10Источники