Fransanın “Marsel” klubu 5 illik fasilədən sonra ilk dəfə Liqa 1-də PSJ üzərində qələbə qazanıb.
İdman.biz xəbər verir ki, bu, çempionatın V turunda baş verib.
Oyun “Marsel”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu Nayef Aqerd vurub.
Qeyd edək ki, hazırda “Marsel” turnir cədvəlində 9 xalla 6-cı yerdədir. PSJ isə 12 xalla 2-ci pillədə qərarlaşıb.
İdman.biz