RU

Azərbaycan islam həmrəyliyi istiqamətində əməli tədbirlər həyata keçirir - Nazir

 

Azərbaycan dünyada islam həmrəyliyinin möhkəmləndirilməsini davamlı olaraq dəstəkləyir və bu istiqamətdə əməli tədbirlər həyata keçirir.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən Əmək Mərkəzinin İcraiyyə Şurasının iclasında deyib.

O bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir:

"Dünyada əmək bazarına qlobal və regional çağırışlar, o cümlədən texnoloji dəyişikliklər, iqlim dəyişikliyi, miqrasiya və müxtəlif böhranlar ciddi təsir göstərir. Belə şəraitdə Əmək Mərkəzi üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır. Bu baxımdan, bütün üzv dövlətləri Əmək Mərkəzinin səmərəli fəaliyyətini təmin etməyə dəvət edirəm, çünki Mərkəz yalnız üzv dövlətlərin birgə iştirakı və əməkdaşlığı ilə öz missiyasını uğurla həyata keçirə bilər".

Избранный
7
1
missiya.az

2Источники