RU

Azərbaycanla İran arasında mövcud məsələlərin həlli müzakirə olundu

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə görüşüb.

Nazirlər Kabinetindən Modern.az-a bildirilib ki, görüşdə birgə Dövlət Komissiyasının sonuncu iclasının nəticəsi olaraq imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrası və həyata keçirilən birgə layihələrin mövcud vəziyyəti nəzərdən keçirilib. İqtisadiyyat, nəqliyyat, gömrük, sərhəd, neft, qaz, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın hazırkı durumu və daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Görüşdə, həmçinin Araz dəhlizi üzrə Ağbənd-Kəlalə körpüsünün tikintisinin, Kəlalə-Culfa yolunun genişləndirilməsinin icra vəziyyəti ilə bağlı məlumat verilib, Azərbaycan Respublikası Prezidentinin (və ya iki ölkə prezidentlərinin) tapşırığına uyğun olaraq Bakı-Tehran-Bakı, Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin fəaliyyətə başlamasından məmnunluq ifadə olunub və reyslərin sayının artırılması, tranzit daşımalarda mövcud məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini Şahin Mustafayev Tehrana səfəri çərçivəsində, eyni zamanda, İran İslam Respublikasının energetika naziri Abbas Əliabadi ilə də görüşüb, iki ölkə arasında həyata keçirilən Xudafərin - Qız Qalası, Ordubad - Marazad layihələrinə dair, həmçinin elektrik enerjisi mübadiləsi, su ehtiyyatlarının birgə səmərəli işlənməsi ətrafında müzakirələr aparıb.

Избранный
5
21
modern.az

10Источники