RU

“Adnan Əhmədzadənin yaxın münasibətdə olduğu şəxslərin...”

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, son günlərin ən çox müzakirə olunan mövzularından biri Adnan Əhmədzadənin arxasında kimlərin dayanması barədədir. Sizin fikirlərinizi öyrənmək istərdik.

– Bizim onun həbsi barədə qənaətlərimiz yalnız mətbuatda yayılan məlumatlar və həyat yoldaşının sosial şəbəkədə paylaşdığı quran ayələrinə əsaslanır. Bu barədə hələ heç bir rəsmi məlumat yoxdur. Məsələnin geniş ictimai rezonans doğurmasının səbəbi isə söhbətin ölkənin imicindən və iqtisadi təhlükəsizliyindən getməsi səbəbindəndir.
İnanıram ki, DTX cinayət işinin istintaqının obyektiv aparılmasını təmin edəcək və bu işdə təqsiri olanlar qanun qarşısında cavab verəcək. Amma onu da demək istəyirəm ki, Adnan Əhmədzadənin yaxın münasibətlərdə olduğu şəxslərin hamısının bu cinayət hadisəsində iştirakını düşünmək və bu barədə danışmaq da çox ədalətsiz və qərəzli yanaşma olardı. Başqa kimlərin rolu olubsa istintaq bunu aydınlaşdıraq. Bir də təqsirsizlik prizumpsiyası var, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayana qədər heç kimi cinayətkar adlandırmaq olmaz, istintaqla məsuliyyətə cəlb olunmuş şəxsləri təqsirləndirilən şəxs adlandırmalıyıq.

– Qüdrət bəy, necə olur ki, belə ağır cinayətlər baş verir və uzun müddət davam edə bilir?

– Qanunun aliliyinin təmin olunduğu inkişaf etmiş ölkələrdə də bu tipli ağır cinayətlər baş verir, amma onların ifşa olunması daha tez baş verir. Biz cəzanın labüdlüyü prinsipini tam təmin edə bilməmişik. İnsanlar düşünürlər ki, onlar hansısa yolla məsuliyyətdən yaxa qurtara biləcəklər. İkincisi, parlamentin, medianın və qeyri-hökumət təşkilatlarının ölkəmizdə nəzarətin və şəffaflığın təmin olunması istiqamətindəki fəaliyyəti də yetərli deyil. Parlamentin birbaşa büdcə vəsaitlərinin xərclənməsinə, dövlət müəssiələrinin maliyyə fəaliyyətinə nəzarət etmək hüququ qanunla nəzərdə tutlmayıb. Deputatların kommersiya sirlərinə çıxışı belə qanunla qadağan olunub. Ona görə böyük özəlləşdirməyə getmədən və kompleks məhkəmə-hüquq və dövlət idarəetməsi ilə əlaqədar islahatlar aparmadan bu cür cinayətlərə qarşı effektli mübarizə təşkil etmək və vaxtında cinayətkarları ifşa etmək, çox çətin bir vəzifə olaraq qalacaq.

Избранный
36
7
publika.az

8Источники