RU

Kənd təsərrüfatı naziri: Beynəlxalq investorlar Azərbaycanın şərabçılıq, fındıqçılıq sahəsinə investisiya qoymaq istəyirlər

BAKI, 23 sentyabr. TELEQRAF

Artıq beynəlxalq investorlar arasında Azərbaycanın şərabçılıq, qida emalı, fındıqçılıq sahəsinə investisiya qoymaq istəyənlər var.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.

O bildirib ki, Təhsil sahəsində Azərbaycan Dövlət Aqrar Universiteti yeni mütəxəssislərin yetişdirilməsində həlledici rol oynayır:

“Təhsilsiz kənd təsərrüfatının inkişafı mümkün deyil. Hər il Gəncədə yerləşən Aqrar Universitetdən minlərlə tələbə məzun olur. Strateji tərəfdaşlıqlara toxunarkən qeyd etmək istərdim ki, bir neçə il əvvəl yaradılan Azərbaycan-İtaliya Universiteti artıq qida texnologiyaları, qida mühəndisliyi, kənd təsərrüfatı mühəndisliyi üzrə təhsil təklif edir və bu ildən heyvandarlıq fakültəsini də açır.

İnanıram ki, bu yeni təşəbbüslər və təhsil imkanları Azərbaycanın insan resursu potensialını gücləndirəcək. Azərbaycanın əlverişli coğrafi və iqlim mövqeyini nəzərə alsaq, logistika baxımından da böyük üstünlüyümüz var. Həmçinin Macarıstanın ən iri kənd təsərrüfatı universiteti və tədqiqat institutu olan MATE də Azərbaycanda filial açmaqla maraqlanır.

Bu da göstərir ki, maraq yalnız iqtisadi investisiyalara deyil, həm də təhsil və kənd təsərrüfatına sərmayəyə yönəlib. Yekun olaraq vurğulamaq istərdim ki, təhsil, elmi-tədqiqat və inkişaf həlledici rol oynayır. Azərbaycanda əlavə dəyərli məhsullara yatırımlar davam edəcək, xüsusən də Qarabağ və Şərqi Zəngəzur azad edilmiş ərazilərində. Biz ora qayıdan yerli fermerlərlə, həmçinin potensial investorlarla sıx işləyirik”.

Избранный
88
teleqraf.com

1Источники