1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Futbola sərmayələrin daha çox olacağına ümid edirik".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın inkişafı üçün çox böyük işlər görülür, futbol da həmin sahələrdən biri ola bilər:
"Necə ki digər sahələrə investisiya yatırılır, eləcə də futbola da investisiya qoymaq, məncə, maraqlı olar. Çünki bizdə bacarıqlı, qabiliyyətli futbolçular var. Bu bölgə elə bir yerdir ki, istənilən idman növündə - güləş, boks, cüdo və s. idmançılarımız yetişir".
"Buna görə də bu sahəyə investisiya qoymaqla yanılmarıq. Dünyada da futbola həddindən artıq investisiya qoyulur. Hesab edirəm ki, futbolu stabil bir vəziyyətə gətirmək olar", - deyə Q.Qurbanov qeyd edib.
Məhərrəm Əliyev