RU

Şahin Mustafayev Pezeşkianla görüşdü - FOTO

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetindən Modern.az-a verilən xəbərə görə, Baş nazirinin müavini İran Prezidentinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.

İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

***

22.09;

23:57

İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Şahin Mustafayev İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə də görüşüb.

Избранный
14
32
modern.az

10Источники