RU

Qurban Qurbanov: Bəzən onların bundan xoşu gəlmir

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır.

"Report" xəbər verir ki, "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı (AIIF 2025) çıxışında deyib.

Onun sözlərinə görə, uğurlu olmaq üçün çox, çalışmaq lazımdır:

"Məncə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq lazımdır. Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm. Amma peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam. İndi də bunu futbolçularıma aşılayrıam. Bəzən onların bundan xoşu gəlmir. Öz futbolçu olduğum illər yadıma düşür və çalışıram onları anlayaraq çox çalışmağı onlara aşılayım".

Baş məşqçi əlavə edib ki, "Qarabağ"ın qalibiyyəti həm də xalqı sevindirir:

"2009-cu ildə Avqoliqada qalib olduğumuz gün Ağdamın işğalı gününə təsadüf etmişdi. Həmin gün qalib olmağımız bizi çox sevindirdi. O çempionluq bizim üçün çox keyfiyyətli idi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
12
qaynarinfo.az

10Источники