Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin radikal HƏMAS hərəkatını terror təşkilatı kimi tanımadığını bildirib.
Operativ Media xəbər verir ki, o, bunu Amerikanın "Fox News" telekanalına müsahibəsində açıqlayıb.
"Mən HƏMAS-ı terror təşkilatı hesab etmirəm. Əksinə, onu müqavimət hərəkatı hesab edirəm", – Ərdoğan vurğulayıb.
Türkiyə lideri qeyd edib ki, HƏMAS-ın hərbi potensialı yalnız İsrailin hücumlarından müdafiə məqsədi daşıyır.