RU

5 qol vuruldu, "Qarabağ"ın rəqibi qalib gəldi - VİDEO

İtaliya A Seriyasında 4-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, son çempion "Napoli" doğma meydanda "Piza"nı qəbul edib. Qarşılaşma Neapol təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Keçirdiyi 4 oyunun hamısında qallib gələn "Napoli" çempionatın lideridir. 1 xalı olan "Piza" isə 19-cu yerdədir.

Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasındakı matç noyabrın 26-da İtaliyada keçiriləcək.

"Napoli" - "Piza" 3:2

Qollar: Billi Gilmur, 39, Lorentso Spinatsola, 73, Lorentso Lukka, 82 - Mbala Nzola, 60 (pen), Lorran, 90

saytlarin hazirlanmasi

Избранный
9
sportal.az

1Источники