RU

ABŞ məhkəməsi Kaliforniya Universitetinə qrantların bərpasını əmr etdi - ÖZƏL 

ABŞ-nin federal hakimi Rita Lin prezident Donald Trampın administrasiyasına Kaliforniya Universitetinə dondurulmuş federal qrantları bərpa etməyi əmr edib. Olaylar.az xəbər verir ki,  Los Angeles Times və Politico-nun məlumatına görə, hakim Rita Linin qərarı ilə universitetə 500 milyon dollardan çox maliyyə vəsaiti geri qaytarılmalıdır. Qeyd edək ki, Tramp administrasiyası universitetə 584 milyon dollar dəyərində federal maliyyə dəstəyini dayandırmışdı. Bu qərar İsrailin Qəzzaya hücumuna etiraz olaraq keçirilən aksiyalarda universitetlərin antisemist davranışları ilə bağlı iddialarla əsaslandırılmışdı. Kaliforniya Universiteti Sistemi, onun tərkibinə daxil olan universitetlər, eləcə də professorlar, fakültələr və tələbələr Tramp administrasiyasının federal vəsaitləri dondurması və digər addımlarına qarşı məhkəməyə müraciət etmiş, bunun akademik azadlığa zərər vurduğunu bildirmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
olaylar.az

1Источники