RU

Tokayev Qazaxıstanın BMT yə dəstək verəcəyini bəyan edib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev bəyan edib ki, ölkəsi BMT-ni dəstəkləyəcək və ona sülhün möhkəmlənməsi yolunda kömək edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan prezidenti və BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının sessiyasının gündəliyini müzakirə ediblər. Qasım-Jomart Tokayev təsdiq edib ki, Qazaxıstan təşkilatı dəstəkləməyə davam edəcək və onun sülh, sabitlik və davamlı inkişafın möhkəmləndirilməsində mərkəzi rolunu fəal şəkildə təbliğ edəcək”, - deyə mətbuat xidməti qeyd edib.

Görüş zamanı Tokayev və Quterreşin iştirakı ilə BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin fəaliyyətinə dair memorandum imzalanıb.

Qazaxıstan prezidenti sentyabrın 21-dən 23-dək Nyu-Yorkda işgüzar səfərdədir. Onun BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi debatlarında çıxışı nəzərdə tutulub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
2
icma.az

3Источники