Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev karyerasını ölkə xaricində davam etdirə bilər.
Milli.Az xəbər verir ki, Fransanın iddialı klublarından olan "Lill" onunla yaxından maraqlanır.
Onlar 6 aya yaxındır Elvini təqib edir.
"Lill" klubu hətta gələn yayı gözləmədən qış "transfer pəncərəsi"ndə Azərbaycan millisinin üzvünü heyətinə cəlb etməyə çalışacaq.
24 yaşlı futbolçu 2019-cu ildən "Qarabağ"ın əsas komandasında çıxış edir. O, 195 oyunda 8 qol vurub və 32 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Elvinin Ağdam təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır. /"Apasport"
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.