RU

Ərdoğan: Bir neçə ölkənin Fələstinin tanınması tarixi qərardır

Ərdoğan: Bir neçə ölkənin Fələstinin tanınması tarixi qərardır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, bir neçə ölkənin Fələstin dövlətini tanıması tarixi və son dərəcə önəmli bir addımdır.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, Ərdoğan Nyu-Yorkda keçirilən Fələstin mövzusunda konfransda vurğulayıb ki, bölgə artıq iki ildir ciddi humanitar böhran yaşayır və İsrail hökumətinin hücumları nəticəsində Qəzzada 65 mindən çox insan həlak olub. Prezident bildirib ki, heç bir vicdanlı insan bu vəhşiliyə göz yummaq və sükut etmək imkanına malik deyil.

Ərdoğan məqsədin Fələstin dövlətinin yaradılmasının qarşısını almaq və Fələstin xalqını məcburən qaçmağa vadar etmək olduğunu qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının üzvləri də daxil olmaqla bir qrup ölkənin Fələstini tanıması bu mənfi hadisələr fonunda tarixi və çox əhəmiyyətli qərardır.

Избранный
11
afn.az

1Источники