RU

Paşinyan eks-prezientlərə meydan oxudu

“Levon Ter-Petrosyan Ermənistanı müharibəyə sürükləyib qaçdı. Robert Köçəryan Qarabağı müharibəyə sürükləyib Ermənistana qaçdı. Serj Sarkisyan əvvəllər Laçın postunda yığdığı puldan həzz almaq üçün Qarabağdan qaçmışdı”.

Modern.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezidentlər haqda danışarkən deyib.

«Qalib prezidentlər, qalib prezidentlər! Üçüncü Respublikanın tarixi üzərində düşünərkən mən dəhşətlə qeyd etdim ki, “qalib prezidentlər” adlandırılanların heç biri, təsəvvür edə bilməzsiniz, heç biri xalqın etimadını qazanmayıb.

Qulaq asın, xalqa qələbə gətirdinizsə, 1996-cı ildən bəri seçkiləri niyə saxtalaşdırdığınızı izah edə bilərsinizmi? Xalq onlara qələbə gətirən liderləri necə seçə bilməzdi? Necə?”, - Paşinyan əlavə edib.

Baş nazir bildirib ki, eks-prezidentlər ölkəyə nəinki qələbə gətirdilər, Ermənistanı heç bir çıxış yolu olmayan uçuruma sürüklədilər. Bunu isə artıq onların maliyyələşdirdiyi analitiklər, "xalq və əməkdar" etdikləri artistlər, ermənistanı bəsləyən analar və onların arxasında səssiz-səssiz dayanan atalar başa düşdülər.

“İndi isə görürsüz ki, bəli, minlərlə qurbanın bahasına o çıxış yolu tapılıb. Gündə üç dəfə sözün həqiqi mənasında ölürsüz. Bir dəfə səhər, bir dəfə günorta, bir də qaranlıq çökən kimi.

İndi deyin görüm, debata gələcəksiz, yoxsa gəlməyəcəksiz? Ktriç, Samoy, Gevorq, Vazgeni özünüzlə gətirə bilərsinizmi? “İrəvan-Kentron”dakı keçmiş kameramda debat təşkil edə bilərik ki, hamınız üçün rahat olsun”, - Paşinyan qeyd edib.

Избранный
19
5
modern.az

6Источники