RU

MAQATE və İran arasında nüvə proqramı danışıqları olub

MAQATE və İran arasında nüvə proqramı danışıqları olub

MAQATE-nin baş direktoru Rafael Qrossi BMT Baş Assambleyasının Nyu-York sessiyası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə nüvə proqramı barədə intensiv danışıqlar aparıb.

AFN.az xəbər verir ki, Qrossi bu barədə özünün X hesabında bildirib. O qeyd edib ki, Əraqçi ilə nüvə proqramı üzrə məsləhətləşmələri davam etdirib. Tərəflər Tehranla Agentlik arasındakı münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər.

Əraqçi görüşdə qeyd edib ki, nüvə proqramı ətrafındakı böhranın həlli yalnız bütün tərəflərin məsuliyyətli yanaşması ilə mümkündür.

Избранный
12
afn.az

1Источники