RU

Tokayev Qazaxıstanın BMT-yə dəstək verəcəyini bəyan edib

Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bəyan edib ki, ölkəsi BMT-ni dəstəkləyəcək və sülhün möhkəmlənməsinə töhfə verəcək.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Müzakirələr zamanı Qazaxıstan Prezidenti və BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının sessiyasının gündəliyini nəzərdən keçiriblər. Qasım-Jomart Tokayev təsdiqləyib ki, Qazaxıstan təşkilatı dəstəkləməyə davam edəcək və onun sülhün, sabitliyin və davamlı inkişafın möhkəmləndirilməsində mərkəzi rolunu fəal şəkildə təbliğ edəcək”, – məlumatda qeyd olunub.

Görüş çərçivəsində Tokayev və Quterreşin iştirakı ilə BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin fəaliyyətinə dair memorandum imzalanıb.

Qazaxıstan Prezidenti sentyabrın 21-dən 23-dək Nyu-Yorkda işgüzar səfərdədir. Onun BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edəcəyi planlaşdırılır.

Избранный
25
2
operativmedia.az

3Источники