RU

İlin ən güclü qasırğası Filippin, Honq-Konq və Çini bürüyüb

İlin ən güclü qasırğası adlandırılan Raqasa tayfunu Filippin, Honq-Konq və Çini bürüyüb.

Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Tayfun ilk olaraq  Filippinin Panuitan adasına düşüb.  Ərazidə 20.000 əhali yaşayır. Fırtınanın mərkəzi saatda 166 mil (267 km) qədər olub.

Filippinin paytaxtı Manilada və bir çox başqa bölgələrdə məktəblər və dövlət idarələri bağlanıb. Məlumata görə, ərazidəki məktəblərdən birinin dam örtüyü qoparaq uçub. Nəticədə bir nəfər yüngül xəsarət alıb.

Filippinə ziyan vurduqdan sonra tayfun Çinin cənubuna doğru hərəkət edib. Regionun nəhəng şəhərləri, o cümlədən Honq-Konq, Makao, Şençjen və Quançjouda ehtiyat tədbirləri görülüb: uçuşlar ləğv edilib, məktəblər və biznes mərkəzləri müvəqqəti olaraq bağlanıb.

Tayvan, Honq-Konq və Çinin cənubunda yüzlərlə reys təxirə salınıb. Honq Konq şirkətlərindən biri olan Cathay Pacific sentyabrın 25-dək sərnişin reyslərini dayandırıb.  Honq Konq Hava Yolları da bir neçə gündür uçuşları ləğv edib.

Şəfa Hüseynli

Избранный
16
operativmedia.az

1Источники