RU

ABŞ Braziliya rəsmilərinə və Ali Məhkəmə hakiminin həyat yoldaşına sanksiya tətbiq eDİB

Vaşinqton vizaları ləğv etdi, Braziliya hökuməti isə suverenliyə təcavüz adlandırdı...

Poliqon xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Braziliya Ali Məhkəməsinin hakimi Aleksandra de Moraesin həyat yoldaşı Vivian Barsi de Moraesə qarşı şəxsi sanksiyalar elan edib. Reuters-in məlumatına görə, sanksiyalar həmçinin onun nəzarətində olan Lex Institute adlı maliyyə təşkilatını da əhatə edir. Bundan başqa, altı yüksək vəzifəli braziliyalı məmurun vizaları ləğv olunub.

ABŞ maliyyə naziri Skott Bessent mətbuat konfransında bildirib ki, Vivian Barsi de Moraesə qarşı tədbirlər Qlobal Maqnitski Aktı çərçivəsində tətbiq olunub. O, həmçinin vurğulayıb ki, “əgər zəruri hesab olunarsa, digər braziliyalı məmurlara qarşı da yeni sanksiyalar tətbiq edilə bilər”.

Braziliya hökuməti Vaşinqtonun addımını sərt tənqid edərək bunu ölkənin daxili işlərinə müdaxilə və suverenliyinə qarşı təcavüz kimi qiymətləndirib. Rəsmi açıqlamada bildirilib ki, “Braziliya ABŞ-ın bu növbəti təzyiqinə boyun əyməyəcək”.

Hakim Aleksandra de Moraes isə sanksiyaları şərh edərək bildirib ki, həyat yoldaşına qarşı Maqnitski Aktının tətbiqi qanunsuzdur, beynəlxalq hüququ, Braziliyanın suverenliyini və məhkəmə sisteminin müstəqilliyini pozur.

Xatırladaq ki, hakim Moraes özü də bu ilin iyul ayından ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadır. Onun iştirakı ilə keçmiş prezident Jair Bolsonaroya qarşı məhkəmə prosesi aparılıb. 12 sentyabrda çıxarılan hökmə əsasən, Bolsonaru 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində dövlət çevrilişi cəhdinə görə 27 il 3 ay həbs cəzasına məhkum olunub.

ABŞ rəsmiləri daha əvvəl Bolsonarunun mühakiməsini “cadugər ovuna bənzər siyasi təqib” adlandırmışdılar. ABŞ dövlət katibi Marko Rubio isə hökmün açıqlanmasından öncə Vaşinqtonun “uyğun şəkildə cavab verəcəyini” bəyan etmişdi.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники