İsrail Suriya ərazisindən çıxmalıdır.
“Sana” xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əl-Şaraa Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, təhlükəsizliklə bağlı narahatlıqlar danışıqlar yolu ilə müzakirə oluna bilər.
“Amma əsl sual budur: İsrailin həqiqətən də təhlükəsizlik narahatlıqları, yoxsa ekspansionist ambisiyaları var? Danışıqlar bunu üzə çıxaracaq”, - Suriya lideri vurğulayıb.
Əhməd əl-Şaraa onu da bildirib ki, bütün ölkələrlə sabit münasibətlər saxlamaq siyasətinə sadiqdir: "Suriya heç kimə təhlükə mənbəyi deyil. Biz quruculuq mərhələsindəyik və bütün ölkələrlə normal münasibətləri saxlamaq çox vacibdir".