BAKI, 23 sentyabr. TELEQRAF
İndoneziya, rəsmi Təl-Əviv Fələstinin dövlətçiliyini tanıdıqdan dərhal sonra İsrail dövlətini tanıyacaq.
Teleqraf xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Prabovo Subianto Fələstin-İsrail münaqişəsinin həllinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“İndoneziya bəyan edir ki, İsrail Fələstinin müstəqilliyini və dövlətçiliyini tanıyan kimi, İndoneziya dərhal İsrail dövlətini tanıyacaq”, - o deyib. Subianto həmçinin ölkəsinin İsrail üçün bütün təhlükəsizlik zəmanətlərini dəstəkləyəcəyini əlavə edib.
Dövlət başçısı Fələstinin tanınmasının "tarixin düzgün tərəfinə atılan düzgün addım" olduğuna əminliyini ifadə edib.