Usman Dembele ötən mövsümün ən yaxşı futbolçusu seçilib.
İdmanxeber.az xəbər verir ki, 28 yaşlı PSJ və Fransa millisinin vingeri 2025-ci ilin “Qızıl top” mükafatını qazanıb.
2024/25 mövsümündə Dembele PSJ ilə Fransa çempionatını, ölkə kubokunu, Superkuboku və Çempionlar Liqasını qazanıb. O, klubun heyətində 53 oyunda 35 qol vurub və 14 qol ötürməsi edib.