RU

“Qarabağ”ın rəqibindən maksimum nəticə

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İtaliya A seriyasında 4-cü tura yekun vurulub. 

QOL.az xəbər verir ki, turun son matçında Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Napoli” öz meydanında “Piza”nı qəbul edib. 

Beş qolun vurulduğu görüşdə Neapol təmsilçisi qələbə qazanıb. 

“Napoli” - “Piza” - 3:2

Qollar: Billi Qilmour, 39 (1:0), M'Bala Nzola, 59-pen. (1:1), Leonardo Spinazzola, 73 (2:1), Lorenzo Lukka, 82 (3:1), Lorran, 90 (3:2)

4-cü oyunda 4-cü qələbəsini qazanan “Napoli” 12 xalla A seriyasının vahid lideridir. 

Qeyd edək ki, “Napoli” “Qarabağ”la ÇL-in Liqa mərhələsinin beşinci turunda, noyabrın 26-da öz meydanında üz-üzə gələcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
qol.az

2Источники