RU

Mourinyo: "Benfika" "Qarabağ"a uduzanda Barselonada idim"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Əgər mövsümün sonuna qədər evimdə otursaydım, "Benfika"da qazandığımdan daha çox qazanacaqdım".
Oxu.Az "Medya Radar"a istinadla xəbər verir ki, bunu "Benfika" komandasının baş məşqçisi Joze Mourinyo deyib.
"Çempionluğa oynamaqdan ötrü buraya gəldim. "Roma" və "Fənərbağça"da bunu edə bilmirdim" , - deyə o vurğulayıb.
"Benfika" rəhbərliyi ilə yay aylarında heç bir təmasının olmadığını söyləyən Mourinyo əlavə edib:
"Benfika" "Qarabağ"a uduzanda həyat yoldaşımla Barselonada idik. Ertəsi gün komandanın prezidenti mənimlə əlaqə saxladı. Danışmağımızın bir anlamının olub-olmadığını soruşdu və mən danışa biləcəyimizi bildirdim".
Избранный
35
2
oxu.az

10Источники