RU

Trampla Zelenski bu tarixdə görüşəcək

"Sentyabrın 23-də ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək".

Milli.Az bildirir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Sentyabrın 23-də ABŞ lideri BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək, o cümlədən qlobalist institutların dünya nizamını necə pisləşdirdiyi barədə nitqlə çıxış edəcək", - deyə Levitt vurğulayıb.

Onun sözlərinə görə, Tramp, həmçinin BMT-nin baş katibi, Ukrayna, Argentina və Avropa İttifaqının liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Milli.Az

Избранный
25
2
milli.az

4Источники