“İsrailin silahlı qüvvələri Qəzzadan çıxarılmalıdır”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu BMT-nin 80-ci Baş Assambleyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan çıxışı zamanı Qəzzadakı vəziyyətə toxunub.
O vurğulayıb ki, tezliklə atəşkəs elan edilməli, Qəzzaya humanitar yardımlar maneəsiz şəkildə çatdırılmalı və İsrail qüvvələri Qəzzadan çıxarılmalıdır.