RU

Viktor Qyökereş 2025-ci ilin ən yaxşı hücumçusu seçildi

“Arsenal”ın hücumçusu Viktor Qyökereş 2025-ci ilin ən yaxşı hücumçusu adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, isveçli forvarda Gerd Müller mükafatı təqdim edilib. İsveçli futbolçu ötən mövsümü Lissabonun “Sportinq” klubunda keçirib və Portuqaliya çempionatı ilə Kubokunu qazanıb.

Qadınlar kateqoriyasında ilin ən yaxşı hücumçusu “Barselona”dan Eva Payor olub. O, ötən mövsümdə İspaniya çempionluğunu, Kubok və Superkuboku qazanıb, həmçinin kataloniyalılarla Çempionlar Liqasının finalına qədər irəliləyib.

Избранный
51
90deqiqe.az

1Источники