RU

Bernardu Silva oyun cədvəlindən narazıdır

“Mançester Siti”nin yarımmüdafiəçisi və kapitanı Bernardu Silva “Arsenal”la 1:1 hesablı heç-heçə sonrası oyun cədvəlindən narazılığını bildirib.

90deqiqe.Az xəbər verir ki, "Manchester Evening News" futbolçunun dediklərini belə çatdırıb.

“Bunu deyirəm, çünki uduzmamışıq. Əgər məğlub olsaydıq, danışmazdım. Amma reallıq budur ki, mövsümün ən önəmli oyunlarından birinə belə az istirahətlə yanaşmaq düzgün deyil. Bu, ədalətli deyil. ‘Arsenal’ın beş günlük istirahət imkanı var idi, bizdə isə cəmi iki yarım gün. Mövsümün ən vacib matçlarından birində belə olmamalıdır. Mən bu oyuna ideal formada çıxmadığımı hiss edirdim.”

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqanın beş turu ərzində 7 xal toplayıb.

Избранный
109
90deqiqe.az

1Источники