RU

Nvidia OpenAI-ə 100 milyard dollara qədər sərmayə yatıracaq

Qrafik prosessor istehsalçısı Nvidia, süni intellekt şirkəti OpenAI-yə 100 milyard dollara qədər investisiya qoymağı planlaşdırır.

Editor.az xəbər verir ki, bu barədə OpenAI-nin rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, tərəflər strateji tərəfdaşlıq haqqında niyyət protokolu imzalayıblar. Razılaşmaya əsasən, Nvidia OpenAI üçün yeni nəsil süni intellekt infrastruktur sistemləri quraşdıracaq. Bu sistemlərin ümumi gücü azı 10 giqavat təşkil edəcək.

Yeni infrastruktura əsaslanan texnologiyalar OpenAI-yə növbəti nəsil modelləri hazırlamaq və işə salmaqla süni intellekt sahəsində inkişafı sürətləndirməyə imkan verəcək.

//Samir Qurbanov, Editor.az

Избранный
20
editor.az

1Источники